Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Törəmə şirkətimiz ASFAT tərəfindən istehsal edilən və xüsusiyyətləri ilə dünyada bənzəri olmayan 3000 tonluq sualtı qayıq hovuzu TCG “Batıray” sualtı qayığını “Gölcük” HDQ Komandanlığımızda uğurla yerləşdirib”, - deyə məlumatda bildirilib.
Öz xüsusiyyətləri ilə dünyada bənzəri olmayan və Türkiyə HDQ Komandanlığının sualtı inşa, modernləşdirmə ehtiyaclarını qarşılamaq üçün ASFAT tərəfindən istehsal edilən “3000 Tonluq Sualtı Qayıq Hovuzu” 2023-cü ilin avqust ayında Türkiyə HDQ-yə təhvil verilib.
Sevinc Əliyeva
Ordu.az