“Akrep II-R” variantı bütün ərazi şəraitində yüksək performans təklif edir

2023/09/2023--1695365573.jpg
Oxunub: 222     18:18     22 Sentyabr 2023    
“Otokar” şirkətinin 4x4 hərbi vasitələr sistem mühəndisliyi meneceri Furkan Bayav şirkətin ilk dəfə IDEF2023 sərgisində nümayiş etdirdiyi “Akrep II-R” variantlı müşahidə vasitəsi haqqında məlumat verib.

Ordu.az xəbər verir ki, Bayav vasitənin bütün ərazi şəraitində hərəkət qabiliyyətini maksimum dərəcədə artırdığına diqqət çəkib.

O, “Akrep II-R”nin çeviklik, aşağı termal iz, yüksək sürət və səssizlik üstünlükləri təqdim etdiyini qeyd edib.

“Bu avtomobili “Akrep II-R” adlandırmağımızın səbəblərindən biri əslində avtomobilin missiya profilidir. Standart “Akrep” avtomobilindən fərqli olaraq, bu avtomobil kəşfiyyat və müşahidə sisteminə malikdir. Bizdə mast sistemi də var. Atış aşkarlayan cihazımız da var və avtomobilin özünü qorumaq üçün uzaqdan idarə olunan qülləsi var. Avtomobilin daxili sisteminə baxdığımızda, avtomobil standart “Akrep” ilə eyni personal tutumuna malikdir”, - deyə Bayav bildirib.

“Otokar” nümayəndəsi əlavə edib ki, “Akrep II-R” variantı bütün ərazi şəraitində yüksək performans təklif edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Otokar   Akrep-II-R  


Bizi "telegram"da izləyin