“KGL40 ilə 50-400 metr arasında hədəfi çox asanlıqla vura bilərsiniz” - “Kalekalp” Baş direktoru

2023/09/2023--1695365442.jpg
Oxunub: 260     21:49     22 Sentyabr 2023    
Türkiyənin “Kalekalp” şirkətinin Baş direktoru Selim Erol MSPO sərgisində təqdim etdikləri KGL40 40 mm lüləli qumbaraatan silahı haqqında məlumat verib.

Ordu.az xəbər verir ki, Polşada keçirilən MSPO2023 sərgisində iştirak edən “Kalekalp” öz məhsullarını son istifadəçilərə təqdim edib.

Erol qeyd edib ki, onlar “Kalekalp” olaraq bu il MSPO sərgisində iştirak ediblər.

“Polşada keçirilən bu sərgidə iştirak etməkdə məqsədimiz məhsullarımızı həm Polşada, həm də ətraf ölkələrdəki istifadəçilərə göstərməkdir. Burada məqsədimiz həqiqətən istifadəçilərə çatmaq, məhsullarımızı onlara təqdim etmək idi və biz bu işdə kifayət qədər uğurlu olduq. Ziyarət baxımından həqiqətən uğurlu sərgi olduğunu deyə bilərik. Polşada və onun ətrafında mövcud münaqişə dövrü ilə əlaqədar həm hərbi istifadəçilər, həm də polis və oxşar təhlükəsizlik elementləri arasında silahlanmaya ciddi tələbat var. Bu mənada məhsul çeşidimiz buradakı tələblərin əksəriyyəti ilə üst-üstə düşür. Biz 5,56 çapdan 40 çapa qədər bir piyada dəstəsinə lazım olan bütün silahları istehsal etmək məqsədi ilə yola çıxdıq. Məhsul çeşidimizə piyada tüfəngləri, snayperlər, qumbaraatanlar daxildir və bizdə 2005-ci ildən avtomatik 40 mm qumbaraatan var. Son dövrdə artan ehtiyac və tələblərə uyğun olaraq piyada tüfənglərimizi tamamlayan lüləli qumbaraatan layihələrimizi istifadəyə verdik və tamamladıq. Onları həmçinin Türkiyə Silahlı Qüvvələrinin müxtəlif ünsürlərinə çatdırdıq. Bu mənada iki məhsulumuz fərqlənir. Onlardan biri KGL40 adlandırdığımız məhsuldur. Bu məhsul 40 mm qumbaraatan silahdır. Onunla 50-400 metr arasında hədəfi çox asanlıqla vura bilərsiniz”, - deyə Erol bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KGL40   Türkiyə  


Bizi "telegram"da izləyin