Paşinyan: "Hazırda Qarabağ əhalisi üçün birbaşa təhlükə yoxdur"

2023/09/5b8fc-1695128866.jpg
Oxunub: 18873     19:56     21 Sentyabr 2023    
Hazırda Qarabağ əhalisi üçün birbaşa təhlükə yoxdur, lakin Ermənistanda artıq işçi qrupu yaradılıb və Qarabağdan olan 40 minə yaxın ailənin yerləşdirilməsi planı hazırlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib.

Ermənistanın hökumət başçısı qeyd edib ki, vəziyyətdən asılı olaraq əhalinin evakuasiyasının prioritet məsələyə çevriləcəyini istisna etmir. O, ermənilərin Qarabağda öz evlərində layiqli və təhlükəsiz yaşamasının vacibliyini vurğulayıb.

Rusiya sülhməramlı kontingentinin Qarabağda olduğunu xatırladan Nikol Paşinyan, mülki şəxslərin müdafiəsinin onların öhdəliyində olduğunu qeyd edərək əlavə edib ki, Yevlaxda atəşkəs və vaxtaşırı görüşlər barədə razılıq əldə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin