Ordu.az CNN-ə istinadən xəbər verir ki, paketə ölkənin davam edək əks-hücum əməliyyatlarının dəstəklənməsi üçün lazım olan əlavə artilleriyaların, hava hücumundan müdafiə vasitələrinin daxil olacağı bildirilib.
Adı açıqlanmayan rəsmi CNN-ə bildirib ki, Zelenski yaxın və uzunmüddətli müdafiə üçün vacib imkanları əhatə edən yardım paketi ilə Ağ Evi tərk edəcək. Bununla belə, yardım paketinə ukraynalılara uzunməsafəli zərbə endirmək imkanı verəcək ATACMS sistemlərinin daxil olmadığı bildirilib.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi daha əvvəl qeyd edib ki, ATACMS sistemlərinin tədarükü masadan götürülməyib, lakin bu silahların tədarükünü nəzərdən keçirən qurumlar hələki qərara gəlməyiblər.
Ordu.az