Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda deyib.
“Bu fotoşəkillər dərc olunub və mənə aydındır ki, bu, Ermənistan Respublikasında daxili siyasi təlatüm və xaos yaratmaq üçün edilir”, - o qeyd edib.
Paşinyan paytaxtdakı son aksiyalara da toxunub. Onun sözlərinə görə, 1997-1998-ci illərdə baş verən eyni hadisələr təkrarlanır.
“Qarabağ məsələsindən daxili intriqa üçün istifadə olunur”, - Baş nazir əlavə edib.
Paşinyan, İrəvanda davam edən aksiyalarda “bəzilərinin zorakılıq tətbiq etməsinin” məqsədinin “qan tökmək” və təhlükəsizlik qüvvələrini güc tətbiqinə təhrik etmək olduğunu da bəyan edib.
Ordu.az