Britaniya 5 Bolqarıstan vətəndaşına Rusiya lehinə casusluq ittihamı irəli sürüb

2023/09/650c4-1695302327.jpg
Oxunub: 163     17:11     21 Sentyabr 2023    
Böyük Britaniyada Rusiyaya casusluqda ittiham olunan şəxslərə ittiham irəli sürülüb.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, Böyük Britaniya prokurorluğu Rusiyaya casusluq etməkdə ittiham olunan 5 nəfərə qarşı ittiham irəli sürülməsinə icazə verib.

BBC bildirir ki, 45 yaşlı Orlin Russev, 41 yaşlı Bizer Dzhambazov, 31 yaşlı Katrin İvanova, 31 yaşlı İvan Stoyanov və 29 yaşlı Vanya Qaberova növbəti həftə məhkəməyə çıxarılacaqlar.

Bolqarıstan vətəndaşları “2020-ci ilin avqustundan 2023-cü ilin fevralına qədər düşmənə faydalı olacaq məlumat toplamaqda” ittiham olunurlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Bolqarıstan  


Bizi "telegram"da izləyin