Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri qida və yanacağa ehtiyaclarının olduğunu bildiriblər

2023/09/trend-1695298049.jpg
Oxunub: 475     16:00     21 Sentyabr 2023    
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri yanacağa ehtiyaclarının olduğunu bildiriblər.

Ordu.az-ın xəbərinə görə, bu barədə Qarabağın erməni sakinlərini Yevlaxda keçirilən görüşdə təmsil edən Sergey Martirosyan və David Melkumyan Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri ilə keçirilən görüşdə deyiblər.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.

Bundan başqa, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ-bölgəsinin-erməni-sakinləri  


Bizi "telegram"da izləyin