ABŞ-nin Beyrutdakı səfirliyinə atəş açılıb

2023/09/16952-1695297061.jpg
Oxunub: 168     15:34     21 Sentyabr 2023    
ABŞ-nin Beyrutdakı səfirliyinin binasına atəş açılıb.

Ordu.az xəbər verir ki, bu barədə Livan KİV-i məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alanlar və atəşin hansı silahdan açıldığı barədə məlumat verilməyib.

Silahlı hücumu həyata keçirənlərin kimliyi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, 39 il əvvəl, yəni 20 sentyabr 1984-cü ildə də ABŞ-nin Livandakı səfirliyinə minalanmış avtomobil vasitəsilə hücum olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Beyrut   Səfirlik  


Bizi "telegram"da izləyin