Kanada Ukrayna üçün “yüksək prioritet” HHM həllərini maliyyələşdirəcək

2023/09/2023--1695296371.jpg
Oxunub: 181     19:43     21 Sentyabr 2023    
Kanada hökuməti Rusiyanın işğalına qarşı Ukraynanı dəstəkləmək üçün Hava Hücumundan Müdafiə (HHM) avadanlıqları üçün əlavə vəsait ayıracağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Kanadanın müdafiə naziri Bill Bleyr Britaniyanın Kent şəhərindəki “Lydd” Hərbi Təlim Düşərgəsinə səfəri zamanı yeni yardım paketini elan edib.

Kanadanın son hərbi yardımı ilk dəfə iyun ayında Kiyevdə Baş nazir Castin Trüdo tərəfindən elan edilib.

Məlumata görə, 33 milyon Kanada dolları (24,4 milyon dollar) dəyərində olan maliyyə Ukrayna Silahlı Qüvvələri üçün “yüksək prioritet” HHM qabiliyyətlərinin alınmasına sərf olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ukrayna  


Bizi "telegram"da izləyin