Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geğamyan öz “Facebook” səhifəsində yazıb.
“Məndən sonra nə olacağını soruşurlar. Deyim. Sonra Qarabağın demək olar ki, tam boşalması baş verəcək. Qarabağ bir neçə gündən sonra olmayacaq”. Ermənistan-Azərbaycan müqaviləsi imzalanacaq, orada bir neçə bənd olacaq. Tavus, Ağrı və Dərələyəz vilayətlərindən yeni ərazilər anklav adı ilə Azərbaycana veriləcək. Zəngəzur və Tavus vasitəsilə Azərbaycan və Türkiyəyə dəhliz veriləcək. Onlardan biri də Zəngəzur dəhlizidir”, - deyə Geğamyan bildirib.
O qeyd edib ki, bütün bunların əsas və yeganə günahkarı olan Ermənistanın indiki hakimiyyəti qalsa, hər şey təmin olunacaq.
Alpər Mövludoğlu
Ordu.az