Ermənistanda parlament binasının qarşısında etiraz aksiyası keçirilir

2023/09/1695152568.jpg
Oxunub: 211     14:32     21 Sentyabr 2023    
İrəvanda Ermənistan hakimiyyətindən narazı vətəndaşların parlament binasının qarşısında etiraz aksiyası keçirilir.

Ordu.az bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, aksiyanın təşkilatçısı "Demokratik birləşmə" Partiyasının sədri Suren Petrosyandır.

Xatırladaq ki, sentyabrın 19-da İrəvanda hökümət binasının qarşısında etiraz aksiyası keçirilib. Hökumət evinin qarşısında çadır quran etirazçılar Paşinyan istefa verənə qədər orada qalacaqlarını deyiblər.

Ötən gecə isə Ermənistan polisi İrəvanın mərkəzində hökumət binasının qarşısında keçirilən etiraz aksiyasında 30 nəfəri saxlayıb. Saxlanılan şəxslərdən 28 nəfərə qarşı cinayət işi açılıb, 2 nəfər isə inzibati məsuliyyətə cəlb edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin