“Müharibə ilə rüsvayçılıq arasında rüsvayçılığı seçən həm müharibə, həm də rüsvayçılıq qazanar” - Erməni politoloq

2023/09/2023--1695292415.jpg
Oxunub: 12476     16:40     21 Sentyabr 2023    
“Moskvanın məqsədi Ermənistanı genişmiqyaslı müharibəyə cəlb etməkdir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Oleq Sahakyan deyib.

Onun sözlərinə görə, Qərb indi İrəvanı qorumağa hazır deyil.

“Eskalasiya Rusiyanın nəzarəti altında baş verib. Problem Zəngəzur dəhlizindədir. Qərbdə “Qarabağ hakimiyyəti”nə (qondarma qurum – red.) tam inamsızlıq var. Onlar Moskvanın əlaltıları kimi qəbul edilir. Müharibə ilə rüsvayçılıq arasında rüsvayçılığı seçən həm müharibə, həm də rüsvayçılıq qazanar. Ermənistan bu Çörçill düsturundan bir addım uzaqdadır”, - deyə Sahakyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Ermənistan   Rüsvayçılıq  


Bizi "telegram"da izləyin