“Aİ və NATO çağırışlar edə bilər, lakin Ermənistana qoşun yeritməyəcəklər” - Erməni ictimai xadim

2023/09/2023--1695291837.jpg
Oxunub: 15258     15:56     21 Sentyabr 2023    
“BMT Təhlükəsizlik Şurası sanksiyalar tətbiq etsə belə, onun vəziyyəti nə dərəcədə dəyişəcəyi sual altındadır”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Jirayr Çolakyan deyib.

Çolakyanın sözlərinə görə, 2020-ci il üçtərəfli bəyannamə zərfində erməni xalqı Rusiya modelini dəstəkləməli idi.

“Ruslar zəmanət verdilər, Ermənistan hökuməti isə vermədi. Əsas müharibə qarşıdadır, hazırlaşmalıyıq, Ermənistan özünümüdafiə yolu ilə xilas edilməlidir. Aİ və NATO çağırışlar edə bilər, lakin Ermənistana qoşun yeritməyəcəklər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   NATO   Ermənistan  


Bizi "telegram"da izləyin