Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, Ermənistan Dövlət Gəlirlər Komitəsi ona məxsus “Nikolyan” MMC ilə bağlı protokol tərtib edib və qərar qəbul edib.
“Yeri gəlmişkən, bu qərar Azərbaycan bayrağının yandırılmasından sonra verilib. Əldə etdiyimiz məlumata görə, o da Ermənistan Dövlət Gəlirlər Komitəsinin qərarından Ermənistan İnzibati Məhkəməsinə apellyasiya şikayəti verib. Aram Nikolyanın nümayəndəsi Aram Nikolyanın razılaşmadığı və məhkəməyə müraciət etdiyi protokol barədə danışmaq istəməyib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az