Ukrayna müharibəsi Braziliyanın tank modernləşdirilməsinə zərbə vurub

2023/09/Leopa-1695283967.jpg
Oxunub: 258     15:29     21 Sentyabr 2023    
Braziliya Ukrayna-Rusiya müharibəsi səbəbindən “Leopard” 1A5 BR əsas döyüş tankının modernləşdirilməsi proqramını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Ordu.az xəbər verir ki, Braziliya ordusu “Leopard” 1A5 BR tanklarının modernləşdirilməsi layihəsini qeyri-müəyyən müddətə təxirə salan rəsmi nota verib.

Qərarın səbəbi Ukrayna-Rusiya müharibəsi səbəbindən dayanan hərbi təchizat zənciridir.

Rusiyanın başladığı müharibədən sonra Ukraynaya hərbi texnika yardımı tam sürətlə davam edir. Beynəlxalq bazarda zirehli avtomobil hissələrinə yüksək tələbat səbəbindən, 2020-ci il dekabrın 17-də başlamalı olan Braziliya “Leopard” 1A5 BR modernləşdirmə layihəsi risk altında idi.

Mövcud “Leopard 1” və “Leopard 2” tipli tankları belə fəaliyyətdə saxlamaq çətinləşdikdən sonra Braziliya ordusu sözügedən modernləşdirmə layihəsini ləğv edib. Hal-hazırda Braziliya ordusunun inventarında 41 ədəd “Leopard” 1A1BE, 220 ədəd “Leopard” 1A5BR və 35 ədəd M60A3 daxil olmaqla ümumilikdə 296 əsas döyüş tankı var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin