Ordu.az xəbər verir ki, administrasiyaya məxsus silahlanma bürosu sərgi zamanı artan Çin təhdidlərinə qarşı çıxmaq üçün hazırlanmış ən azı 10 PUA-nı nümayiş etdirib.
Sərgidə nümayiş etdirilən PUA-lar arasında “AeroVironment”in “Switchblade” kamikadze PUA-larına oxşar konsepsiyalara malik Tayvanın “Loitering” Tip I və II PUA-ları da yer alıb.
Məlumata görə, tək bir hərbi qulluqçunun işə sala biləcəyi ilk variant görüntü izləmə köməyi ilə vizual diapazondan kənarda dəqiq hücumlar həyata keçirə bilər.
İkincisi isə sabit və hərəkət edən hədəflərə hücumlar üçün nəzərdə tutulmuş daha güclü döyüş başlığına malikdir və məlumatlara görə, əməliyyat üçün üç nəfərdən ibarət ekipaj tələb olunur.
Sevinc Əliyeva
Ordu.az