İndoneziya ASEAN-ın ilk birgə təliminə ev sahibliyi edir

2023/09/2023--1695283087.jpg
Oxunub: 24596     15:32     21 Sentyabr 2023    
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) orduları, təşkilatın hərbi xunta liderlərinə qadağa qoymasına baxmayaraq, çərşənbə axşamı İndoneziyada ilk birgə təlimlərə başlayıb.

Ordu.az-ın xəbərinə görə, ASEAN ölkələri əvvəllər də çoxmillətli müdafiə təlimlərində iştirak ediblər, lakin rəsmilər bildirirlər ki, bu təlim regionda son vaxtlar yaşanan bəzi problemlərlə üst-üstə düşdüyü üçün vacibdir.

Myanma da daxil olmaqla blokun hər bir ölkəsindən qüvvələrin beş günlük ASEAN Həmrəylik Təlimində iştirak etdiyi açıqlanıb.

İndoneziyanın Baş Qərargah rəisi Yudo Marqono Batam adasında jurnalistlərə deyib: “Sıralarımızı birləşdirməklə, region xalqlarının maraqları naminə sabitliyi qoruya bilərik”.

Marqono həmçinin beş günlük “ASEAN Həmrəylik Təlimləri”ndə təşkilatın hər bir ölkəsindən qüvvələrin iştirak edəcəyinə diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   ASEAN  


Bizi "telegram"da izləyin