Səfir: “Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə inkişaf edir”

2023/09/224ea-1695238895.jpg
Oxunub: 31878     23:24     20 Sentyabr 2023    
“Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər tarixi xarakter daşıyır və hazırda müxtəlif sahələrdə fəal şəkildə inkişaf edir”.

Ordu.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Essam bin Saleh əl-Cüteyli Səudiyyə Ərəbistanının Milli Gününün 93 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

“Bu əlaqələr iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında səfər mübadiləsi ilə əlamətdar olub və biz hazırda Səudiyyə Ərəbistanı-Azərbaycan İşgüzar Şurasının yaradılması yolu ilə ticarət dövriyyəsinin həcminin artırılması üzərində işləyirik”, - səfir bildirib.

O qeyd edib ki, iki ölkə arasında çoxlu oxşar cəhətlər var və bu, ticarət dövriyyəsinin həcmini iki dəfə artıracaq.

“Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycana isə inkişaf və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram”, - səfir söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Səudiyyə-Ərəbistanı   Azərbaycan  


Bizi "telegram"da izləyin