Böyük Britaniyanın Qara dəniz patrulu yeni çağırışdır? – ANALİZ

2023/09/karda-1695100895.jpg
Oxunub: 13751     17:19     30 Sentyabr 2023    
Britaniya Hərbi Hava Qüvvələrinin (HHQ) Qara dənizdə Rusiyanı çəkindirmək üçün kəşfiyyat, aşkarlama və müşahidə əməliyyatları həyata keçirməsi əslində Rusiyaya açıq çağırışdır.

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayıb. Rusiyanın Taxıl Dəhlizi Sazişindən çıxmasından sonra Qərb dövlətlərinin dəstəyi ilə Ukrayna taxılının ixracı üçün yeni dəhliz axtarışları davam edir.

Britaniya Ukrayna taxılını dünya bazarlarına göndərmək üçün öz hərbi gücü ilə fəal şəkildə müdaxilə edib, Rusiyanı Qara dənizdəki bərabərlikdən kənarda qoyub. Qara dənizdə güc mübarizəsində NATO, xüsusən də Britaniya müharibəyə daha güclü cəlb olundu. Britaniya HHQ-nin Qara dənizdə Rusiyanı çəkindirmək üçün kəşfiyyat, aşkarlama və müşahidə əməliyyatları həyata keçirməsi əslində Rusiyaya açıq çağırışdır.

Taxıl dəhlizi məsələsi

Rusiya taxıl dəhlizindən çıxdıqdan sonra Ukrayna Türkiyəyə Qara dənizdə Rusiyanın daxil olmayacağı dəhliz yaradılması təklifi ilə çıxış edib. Ancaq Türkiyə bunu qəbul etmədi. Çünki Türkiyə müharibənin tərəfi olmaq istəmir. Sonrakı hadisələr Amerika Birləşmiş Ştatlarını (ABŞ) və digər Qərb ölkələrini təxminən 10 milyard dollar dəyərində 33 milyon ton Ukrayna taxılının ixracı üçün Qara dənizdə daha çox təşəbbüs göstərməyə məcbur etdi. Ukrayna taxılı maddi dəyərindən çox, Avropa üçün növbəti dövrdə baş verə biləcək mümkün ərzaq böhranlarına qarşı özünü təmin etmək üçün son dərəcə vacibdir.

Bu səbəbdən qarşıdakı dövrdə Britaniya ilə yanaşı digər Avropa ölkələrinin də Rusiyaya qarşı hava qüvvələri ilə Qara dənizdə mövqe tutması mümkün görünür. Beləliklə, sular daha da istiləşəcək. Kerç körpüsünə son hücumlar, Rusiya limanlarında gəmilərin vurulması, “Şimal axını 1” təbii qaz kəmərinə təxribat təşkil edilməsi kimi asimmetrik əməliyyatların arxasında Böyük Britaniyanın dayandığı barədə iddialar var.

Bu səbəbdən Britaniyanın prosesdə xüsusi əhəmiyyət kəsb etdiyini bilmək lazımdır. Başqa sözlə desək, Britaniya Ukrayna müharibəsində NATO və Avropanın qoçbaşı kimi bir mövqeyə malikdir. Qarşıdakı dövrdə Ukrayna taxılını bəhanə edərək, Qara dənizdə Rusiyaya daha da təzyiq göstərmək üçün hibrid hücumların artacağını gözləmək olar. Bu vəziyyət həm regional, həm də digər sahələrdə yeni münaqişələrə səbəb ola bilər.

Rusiya uzunmüddətli müharibəyə hazırlaşır və bu kontekstdə münaqişələri Ukraynanın şimalına yaymaq, Afrikaya köçürmək və Serbiya vasitəsilə Avropa daxilində yeni münaqişə zonaları yaratmaq kimi strategiya həyata keçirmək istəyir. Digər tərəfdən, Rusiya Çin, Şimali Koreya, Belarus və İran kimi maraqlı tərəflərlə daha çox əməkdaşlıq edərək, ittifaqda hərəkət etmək istəyir. Bundan əlavə, Moskva nüvə silahı potensialı, qida və enerji kartları ilə ABŞ və Qərb ölkələrinə qarşı çəkindirmə təmin etmək niyyətindədir.

Rusiya cəbhəsi

Rusiya üçün vəziyyət getdikcə çətinləşir. Britaniya həm də NATO üzvü olduğu üçün Rusiya Britaniya HHQ ilə birbaşa münaqişədən yayınır. Əslində, Britaniya hazırda Rusiya HHQ ilə birbaşa münaqişəyə üstünlük verməzdi. Lakin Britaniya HHQ-nin bölgədə olması psixoloji təsir yaradır. Bu isti mühitdə silahların nə vaxt partlayacağını təxmin etmək isə asan deyil.

Türkiyə cəbhəsi

Hadisənin Türkiyə üçün də önəmli olduğunu söyləyə bilərik. 173 min kvadrat kilometrlik Qara dənizin ən böyük qitə şelfinə sahib olan Türkiyə həm öz kontinental şelfini qorumaq, xüsusilə Qara dəniz təbii qazının təhlükəsizliyini təmin etmək məqsədilə, həm də Qara dənizdə mümkün təxribatlara qarşı son dərəcə diqqətli davranır. Türkiyə Birinci Dünya Müharibəsində olduğu kimi, bir “oldu, bitdi” ilə Ukrayna müharibəsinə cəlb olunmaq istəmir. Keçmişdən fərqli olaraq, bu gün Türkiyənin milli gücü onun cari müharibələrə cəlb olunmasının qarşısını almağa qadirdir. Bundan sonra Türkiyə aktiv neytrallıq siyasəti ilə mümkün münaqişələrdən kənarda qalmağa üstünlük verəcək.

Britaniya HHQ-nin Qara dənizdə Rusiyanı çəkindirmək üçün kəşfiyyat, aşkarlama və müşahidə əməliyyatları həyata keçirməsi əslində Rusiyaya açıq çağırışdır.

Rusiya nə edəcək?

Rusiyanın bundan sonra nə edəcəyi sualı prosesin gələcəyi üçün son dərəcə vacibdir. Rusiya anlayıb ki, müharibə artıq təkcə Ukrayna ilə deyil, ABŞ və Qərb güclərinin niyyətlərində hərbi deyil, siyasi məqsədlər də mövcuddur. Ona görə də müharibələr və münaqişələr uzun müddət davam edəcək kimi görünür. Rusiya uzunmüddətli tükəndirmə müharibəsini davam etdirmək niyyətində deyil, lakin onun hazırda düşdüyü vəziyyətdən asanlıqla çıxması da mümkün deyil. Ona görə də Rusiyanın iki cür vəziyyətdə olduğunu söyləmək olar.

Rusiya uzunmüddətli müharibəyə hazırlaşır və bu kontekstdə münaqişələri Ukraynanın şimalına yaymaq, Afrikaya köçürmək və Serbiya vasitəsilə Avropa daxilində yeni münaqişə zonaları yaratmaq kimi strategiya həyata keçirmək istəyir. Digər tərəfdən, Rusiya Çin, Şimali Koreya, Belarus və İran kimi maraqlı tərəfləri ilə daha çox əməkdaşlıq edərək, ittifaqda hərəkət etmək istəyir. Bundan əlavə, Moskva nüvə silahı potensialı, qida və enerji kartları ilə ABŞ və Qərb ölkələrinə qarşı çəkindirmə təmin etmək niyyətindədir.

Lakin Qərb dövlətlərinin və ABŞ-nin Rusiyanın bu addımlarına hazır olduğunu söyləmək olar. Hələlik Putinin addımları, xüsusilə enerji və qida məhdudiyyətləri Rusiyanın Avropada gözlədiyi təsirləri göstərməyib. Ona görə də uzun müddət davam edəcəyi gözlənilən bu münaqişə prosesi Şərq ittifaqını, yəni Çin, Rusiya və onların maraqlı tərəflərini daha güclü müttəfiqlik sistemi çərçivəsində ABŞ və Qərblə hərtərəfli mübarizəyə sövq edir. Sonda bu cür geniş mübarizənin adını hər kəs təxmin edə bilsə də, hələlik heç kim deyə bilmir. Sizə deyim: Üçüncü Dünya müharibəsi.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Türkiyə   Britaniya  


Bizi "telegram"da izləyin