“Getməyəcəyik” deyən erməni keşiş Qarabağı belə tərk etdi – VİDEO
Oxunub: 3648
14:15
18 Sentyabr 2023
Qarabağda yaşayan erməni əsilli şəxslərin kütləvi şəkildə Ermənistana keçidi davam edir.
Sentyabrın 16-da “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Gorus istiqamətində gedənlər arasında Əsgərandakı erməni kilsəsinin ruhanisi Mesrob Mkrtçyan da görülüb.
O, ailəsi ilə birgə Qarabağı tərk etmək üçün növbəyə dayanıb. Maraqlısı isə odur ki, keşiş Mkrtçyan əvvəllər separatçılarla birgə “biz Qarabağı heç vaxt tərk etməyəcəyik” deyərək sinəsinə döyürdü.