Nazir müavini: "Azad edilmiş ərazilərimizin ekologiyasına işğal dövründə ciddi zərər dəyib"

2019/12/ICG-1575617066.jpg
Oxunub: 959     13:36     04 Avqust 2023    
"İşğal dövründə Şuşanın, ümumiyyətlə işğaldan azad edilmiş ərazilərimizin ekologiyasına ciddi zərər dəyib".

Ordu.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Şuşada keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, ərazilər işğaldan azad edildikdən sonra yenidənbərpa işlərinə başlanıb: "Artıq iki ildir ki, burada abadlıq işləri aparılır, bu ərazilər yenidən qurulur. Nazirlik tərəfindən də davamlı monitorinqlər aparılır. Görülən işlər göz qabağındadır. Bundan sonra da əsas məqsəd bu torpaqları yenidən qurub bərpa etmək və abadlaşdırmaqdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ekoloji-Terror   Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin