Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri yeni refleks nişangaha keçid edir - EKSKLÜZİV

2023/06/34838-6745685708.jpg
Oxunub: 3606     22:08     10 İyun 2023    
Artıq 2022-ci ildə Azərbaycanın Türkiyənin 3E EOS şirkətindən fərqli çeşid termal optik nişangahlar aldığı təlimlərdə özünü göstərmişdi.

Ordu.az xəbər verir ki, ilk dəfə olaraq isə Türkiyədə keçirilən "Anatolian Phoniex" beynəlxalq təlimində XTQ mənsublarında "Ak-74M" avtomatı üzərinə yerləşdirilmiş 3E EOS istehsalı CRS GEN I refleks nişangahının aktiv istifadəsinin şahidi olduq. Bu nişangahın ictimaiyyətə təqdimatı isə ADEX-2022 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində XTQ mənsublarının təchizatında yer almışdı.


CRS GEN I qapalı refleks nişangahı CQB (Yaxın məsafələrdə döyüş) əməliyyatlarını gerçəkləşdirmək üçün geniş baxış sahəsi etibarlı dəqiqlik, çətin şəraitdə sürətli hədəf nişanını təmin edir. Geniş şüşə, həm daha geniş görünüşlə daha sürətli nişan almağa, həm də daha sürətli manevr imkanı verir.


CRS gecəgörmə sistemləri ilə uyğun gələn artikıl parlaqlıq səviyyəsinin tənzimlənməsinə malikdir. Optik nişangah ən yüksək performansla çətin şəraitdə istifadə üçün möhkəm və yüngül bir quruluşa malikdir. MIL-STD-810 standartlarına uyğun sınaqdan keçirilmiş və suya davamlı dizaynı ilə CRS maksimum struktur gücü üçün tam alüminium konstruksiyası ilə davamlı və etibarlıdır. CSR M3X və M5X böyüdücü durbinləri ilə uyğun gəlir.


CRS nişangahının texniki parametrləri:

Gövdə materialı: Alüminium
Çəki: 280 q
Ölçülər: (GxUxH) 52x95x60mm
Mərkəzi Hündürlük: 33,5 mm
Silah Bağlantısı Uyğunluğu : MIL-STD 1913; STANAG 4694
Optik Böyütmə: 1X
Obyektiv linza diametri: 28x36 mm
Nöqtə Rəngi: Al-qırmızı
Nöqtə ölçüsü: 2 MOA
Mənzil Ölçüsü: 65 MOA
Gözün qorunması məsafəsi: Limitsiz
Paralaks Yoxdur (Parallakssız)


Qeyd etmək lazımdır ki, 3E EOS şirkətinin istehsalı optik nişangahlar Xüsusi Təyinatlı Qüvvələrlə yanaşı, həm də Azərbaycan Komando bölmələrinin arsenalında da yer almaqdadır.

Namiq Əliyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   XTQ   Nişangah  


Bizi "telegram"da izləyin