Trampa qarşı 400 illik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb

2022/10/1665294252.jpg
Oxunub: 7938     23:06     09 İyun 2023    
ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 400 ilik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida Cənub Dairə Məhkəməsinin ittiham aktına əsasən, ABŞ hakimiyyəti keçmiş prezident Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədləri qanunsuz saxlamaqda ittiham edib.

İttihamlara əsasən, ABŞ administrasiyasının keçmiş rəhbərinə qarşı mümkün cəzaların əlavə siyahısında 37 bənd, onun köməkçisinə qarşı isə 6 bənd göstərilib.

Trampa qarşı irəli sürülən ittihamlar arasında uzunmüddətli həbs müddəti - ümumilikdə 400 ilə qədər, həmçinin cərimələr var. 31 maddə üzrə Trampı 10 ilə qədər həbs və 250 min dollara qədər cərimə, daha dörd maddə üzrə 20 ilə qədər həbs və 250 min dollara qədər cərimə gözləyir.

Qeyd olunur ki, Trampa qarşı irəli sürülən ittihamlar dövlət vəzifəsində işləməyə qadağa şəklində sanksiyalar nəzərdə tutmur. Beləliklə, Tramp prezidentliyə seçilə və bu vəzifəni tuta bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin