Birinci vitse-prezidentin köməkçisi Şimali Makedoniya rəhbərliyi ilə görüşlər keçirib

2023/06/f9d52-1686333274.jpg
Oxunub: 5733     21:44     09 İyun 2023    
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində Skopyedə bu ölkənin prezidenti Stevo Pendarovski və parlamentin sədri Tələt Cəfəri ilə görüşlər keçirib.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, görüşlər zamanı Azərbaycan və Ermənistan arasında münaqişədən sonra münasibətlərin normallaşmasına yönəlmiş sülh prosesinin hazırkı vəziyyəti və perspektivlərinə dair Azərbaycan tərəfinin mövqeyi və qiymətləndirməsi ətraflı şəkildə Şimali Makedoniya rəhbərliyinin diqqətinə çatdırılıb.

İrəvanın üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə yerinə yetirməsinin, ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən dərhal və tam şəkildə çıxarılmasının, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin açılması üçün şəraitin yaradılmasının zəruriliyi xüsusi vurğulanıb.

Rəsmi Skopyenin ATƏT-in sədri kimi Azərbaycanın irəli sürdüyü, həyata keçirilməsinin bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin, sabitliyinin və inkişafına töhfə verəcək sülh gündəliyinə hər cür dəstək verəcəyinə ümid ifadə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Makedoniya   Azərbaycan  


Bizi "telegram"da izləyin