Ağ Ev: Rusiya yüzlərlə İran PUA-sı alır, onları istehsal etməyi planlaşdırır

2022/09/1663102752.jpg
Oxunub: 8493     19:08     09 İyun 2023    
“İran Moskvaya Rusiyada dron zavodu tikməkdə kömək edir”.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Con Kirbi bildirib ki, İran iki ölkə arasında dərinləşən hərbi tərəfdaşlığın bir hissəsi olan və gələn il istifadəyə verilə biləcək pilotsuz uçuş aparat istehsalı zavodunun tikintisinə Moskvaya kömək etmək üçün Rusiyaya materiallar göndərir: “Bu zavod gələn ilin əvvəlində tam istifadəyə verilə bilər”.

O, Tehranın Moskvanın Ukraynadakı müharibəsi üçün keçən ay Rusiyaya yüzlərlə PUA verdiyini deyib.

İran və Rusiya arasında artan müdafiə əlaqələrinə dair xəbərdarlıq edən Kirbi Rusiyanın Tatarıstan Respublikasındakı Alabuqa xüsusi iqtisadi zonasında pilotsuz təyyarələr istehsal edən zavodun planlaşdırılan yerinin peyk fotosunu da yayımlayıb. Ağ Ev rəsmisi həmçinin İran istehsalı olan dronların Rusiyaya necə daşındığını təsvir edərək marşrutu göstərmək üçün qrafik yayımlayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi vurğulayıb ki, pilotsuz təyyarələr Xəzər dənizi vasitəsilə İranın Əmirabad şəhərindən Mahaçqalaya göndərilir və daha sonra Rusiya qüvvələri tərəfindən Ukraynaya qarşı əməliyyatda istifadə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   PUA  


Bizi "telegram"da izləyin