Həbib Mikayıllı: “Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun simasını dəyişəcək”

2023/06/sdfsd-1686324219.jpg
Oxunub: 8441     19:06     09 İyun 2023    
“Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun simasını dəyişəcək”.

Ordu.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işğal dövründə Ermənistan tərəfindən ərazilər tamamilə dağıdılıb: "Torpaqlarımız azad ediləndən sonra həmin yerlər yenidən qurulur. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun simasını dəyişəcək. Azad edilən ərazilər ölkənin ərzaq təhlükəsizliyinə böyük kömək olacaq. Həmçinin Laçın, Kəlbəcər, Şuşa kimi ərazilər turizm imkanlarımızın artmasına şərait yaradacaq. Ağdam Qarabağın sənaye mərkəzi olacaq”.

PA rəsmisi bildirib ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmamışdı: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə tarixi zəfər qazandıq, ərazi bütövlüyümüzü təmin etdik və BMT-nin müvafiq qətanmələrini icra etdik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Şərqi-Zəngəzur  


Bizi "telegram"da izləyin