ABŞ Ukraynaya 2,1 milyard dollarlıq yeni təhlükəsizlik yardımı elan edib

2023/05/64694-1684644601.jpg
Oxunub: 5182     19:03     09 İyun 2023    
ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2,1 milyard dollar dəyərində yeni təhlükəsizlik yardımı elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun saytında yerləşdirilmiş məlumatda qeyd olunub. Bildirilib ki, Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü çərçivəsində təmin ediləcək hərbi yardım paketinə vacib hava hücumundan müdafiə (HHM) sistemləri və sursatları daxil olacaq. Bəyanatda qeyd olunmuş siyahıya əsasən, yardım paketinə əlavə “Patriot” HHM sursatları, “HAWK” HHM sistemləri və raketləri, 105 mm və 203mm artilleriya sursatları, “Puma” müşahidə-kəşfiyyat dronları, lazerlə idarə olunan raket sistemləri sursatları, həmçinin təlimlər daxildir.

Qeyd olunub ki, Bayden administrasiyasının bu son yardımı ABŞ-ın Ukraynanın yaxın müddətli imkanlarına, Ukrayna Silahlı Qüvvələrinin öz ərazisini qorumaq üçün dözümlülük imkanlarına və Rusiyanın uzun müddətdə təcavüzdən çəkindirilməsinə sadiqliyini göstərir.

Vurğulanıb ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə bilikdə Ukraynanın təcili döyüş ehtiyaclarının və uzunmüddətli təhlükəsizlik yardımları tələbatının ödənilməsi istiqamətində işləməyə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin