PA: Mina problemi keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmasını ləngidir

2023/06/df12f-1686323636.jpg
Oxunub: 3367     18:54     09 İyun 2023    
İşğaldan azad edilmiş ərazilərimizdəki mina problemi həmin ərazilərdə bərpa-quruculuq işlərini və keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmasını ləngidir.

Ordu.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Həbib Mikayıllı Azərbaycanın minadan çirklənməsinə görə dünyada ilk 10 ölkədən olmasına diqqət çəkib:

“İşğal dövründə Ermənistan tərəfindən həmin ərazilərə 1 milyondan çox mina basdırılıb. 44 günlük Vətən müharibəsindən sonra, yəni bu günə qədər 300 insan minaların qurbanı olub. Bu gün azad edilən ərazilərdəki dağıntılar və minalar ölkəmizin qarşılaşdığı ən böyük problemlərdir”, - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PA   Mina  


Bizi "telegram"da izləyin