Amerikalı konqresmenlər İranla bağlı Britaniya, Fransa və Almaniya liderlərinə məktub göndərib

2021/10/610c9-1634186356.jpg
Oxunub: 173     18:46     09 İyun 2023    
ABŞ Nümayəndələr Palatasının 35 üzvü Britaniya, Fransa və Almaniya liderlərinə məktub göndərib.

Ordu.az xəbər verir ki, "Jewish Insider" tərəfindən əldə edilən məktubda Palata həmin ölkələri Birləşmiş Millətlər Təşkilatının Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İrana qarşı sanksiyalarının dərhal geri qaytarılması mexanizmini işə salmağa çağırıb.

Məktubda bu ilin sonunda İranın raket və dron proqramlarına qarşı BMT-nin embarqosunun sona çatması fonunda sanksiyaların ləğvinin aktuallığı xüsusilə vurğulanıb. Məktubda İranın nüvə silahının yayılmaması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi bildirilib: “Təxminən dörd ildir ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində mühüm öhdəlikləri yerinə yetirməyi dayandırıb, nüvə proqramını genişləndirməyə davam edir və bütün diplomatik təklifləri rədd edir", məktubda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin