Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslandiya Xarici İşlər Nazirliyi bildirib.
Məlumata görə, İslandiya hökuməti Rusiya ilə diplomatik münasibətlərin dayandırılmasına dair qərar qəbul edib. Qərara əsasən, ölkənin Moskvadakı səfirliyi avqustun 1-dən fəaliyyətini dayandırır.
Vurğulanıb ki, İslandiya Rusiyadan da paytaxt Reykyavikdəki səfirliyin fəaliyyətini məhdudlaşdırmağı və diplomatik missiyanın səviyyəsini aşağı salmağı tələb edib.
Ordu.az