“Qarabağ məsələsinun yekun həllində ABŞ və Aİ-nin fəal iştirakı vacibdir” - Heder Eşbi

2023/06/Blink-1686296885.jpg
Oxunub: 174     16:45     09 İyun 2023    
“Qarabağ məsələsinun yekun həllində ABŞ və Aİ-nin fəal iştirakı vacibdir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ Sülh İnstitutunun Rusiya və Avropa proqramları üzrə direktoru vəzifəsini icra edən Heder Eşbi deyib.

Onun sözlərinə görə, Minsk qrupunun dağılmasından və xüsusən də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra sülh danışıqları üzrə həssas məsələləri müzakirə etmək üçün Ermənistan və Azərbaycanın yüksək rütbəli rəsmilərini masa arxasına gətirə biləcək etibarlı və fəal vasitəçilərin olması son dərəcə vacibdir.

Eşbi qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək sülh danışıqlarının növbəti mərhələsində diqqət iki əsas istiqamətə yönələcək.

“Birincisi, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi “statusu” və Bakının Qarabağ ermənilərinə təhlükəsizlik zəmanəti vermək planlarıdır. Bu, Ermənistan və Azərbaycan arasında danışıqlarda inamın yaradılmasına kömək edəcək. Digər sahə Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizi ilə bağlı müzakirələrdir. Rusiya və İranın bu dəhlizdə maraqları var və Ermənistanla Azərbaycana təsir göstərməyə çalışacaqlar ki, nəqliyyat marşrutu onların regiondakı maraqlarına zidd olmasın. Bu nəqliyyat dəhlizi Rusiya üçün daha vacibdir”, - deyə Eşbi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   ABŞ    


Bizi "telegram"da izləyin