Ordu.az xəbər verir ki, Almaniyanın “Thyssenkrupp” və Hindistanın “Mazagon” şirkətləri razılaşmaya çox yaxındırlar.
Hindistan sözügedən razılaşma ilə Rusiya hərbi texnikasından asılılığını azaltmağı planlaşdırarkən, Almaniya Berlinin müdafiə sənayesini gücləndirməyi hədəfləyir.
Çoxmilyardlıq sualtı sövdələşmə ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir.
Şirkətlər hər iki tərəfin 5 milyard avro dəyərində 6 sualtı qayığın birgə istehsalı planına dair anlaşma memorandumu imzalayıb.

Sevinc Əliyeva
Ordu.az