“Ermənistanın müdafiə sektorunda baş verən dəyişikliklər simvolik xarakter daşıyır” - Arzumanyan

2023/06/1686294608.jpg
Oxunub: 209     15:29     09 İyun 2023    
“2020-ci ilin müharibəsi bitməyib, İrəvan başa düşməlidir ki, sülh istənilmir, qazanılır”.

Ordu.az xəbər verir ki, bunu hərbi-siyasi məsələlər üzrə erməni ekspert Hraçya Arzumanyan deyib.

“Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq”, - deyə o qeyd edib.

Arzumanyan bildirib ki, Ermənistanın müdafiə sektorunda baş verən dəyişikliklər simvolik xarakter daşıyır, dərin dəyişikliklərə ehtiyac var.

“Avrasiya platformasında həll yoxdur, Rusiya-Türkiyə-Azərbaycan razılaşması var”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-sektoru  


Bizi "telegram"da izləyin