Erməni terrorçu: “Ötən il hərbi təlimlər keçirilməli idi, amma ordu 3 gün əvvəl büdcənin olmadığını deyib imtina edib”

2019/01/Vova--1548683283.jpg
Oxunub: 5624     17:39     09 İyun 2023    
“Ermənistan ordusunda həyata keçirilən islahatlar məndə inam yaratsa da, ləng gedir”.

Ordu.az xəbər verir ki, bunu VOMA terror təşkilatının rəhbəri Vova Vartanov deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu yavaşlayır, silah qanunu qəbul edilib, insanlar silah ala bilmirlər.

“Ordu yavaşlayır, silah qanunu qəbul edilib, insanlar silah ala bilmirlər, çünki qanunda nəzərdə tutulan təlim və lisenziya, bu məsələlər həllini tapmayıb, buna təxribat deyilir”, - deyə Vartanov qeyd edib.

Vardanov bildirib ki, ötən il hərbi təlimlər keçirilməli idi, amma ordu 3 gün əvvəl büdcənin olmadığını deyib imtina edib.

“İstənilən danışıqlar prosesi öz marağının irəli çəkilməsi prosesidir, başqa heç nə. 2020-ci ildən dövlət maşınımız xarab kimi görünür”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Büdcə  


Bizi "telegram"da izləyin