Erməni separatçı: “Arayik Harutyunyan daha bir geri addım atıb”

2023/06/1686294012.jpg
Oxunub: 467     17:18     09 İyun 2023    
“Arayik Harutyunyan dekabrın 14-də “təhlükəsizlik şurasının iclası”nda bəyan etdi ki, Azərbaycan sərhəd-buraxılış məntəqəsi onun üçün “qırmızı xətt”dir və biz bu sərhəd-buraxılış məntəqəsinin olmasını heç bir şəkildə qəbul etməyəcəyik. Lakin indi görürük ki, bu mövqedən geriyə addım atılıb”.

Ordu.az xəbər verir ki, bunu Qarabağdakı separatçılardan biri olan Davit Qalstyan deyib.

Onun sözlərinə görə, Arayik Harutyunyan daha bir geri addım atıb.

“Arayik Harutyunyanla görüşdə belə bir qərarın nədən qaynaqlandığını, bu qərarın hansı formatda verildiyini öyrənməyə çalışırdıq. Amma təəssüf ki, biz hamımız öz fikirlərimizə sadiq qaldıq. Arayik Harutyunyan belə bir qərarın səbəbinin nə olduğunu aydın şəkildə əsaslandıra bilmədi” - deyə Qalstyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Separatçılar  


Bizi "telegram"da izləyin