NATO Avropanın ən böyük hava qüvvələri təlimini keçirəcək

2023/06/2023--1686292149.jpg
Oxunub: 221     15:35     09 İyun 2023    
Almaniya və ABŞ rəsmiləri NATO-nun gələn həftə tarixində Avropada ən böyük hava qüvvələri yerləşdirmə təlimini keçirəcəyini açıqlayıblar.

Ordu.az xəbər verir ki, Almaniyanın rəhbərlik etdiyi “Air Defender 23” gələn bazar ertəsi başlayacaq və təxminən 10 gün davam edəcək.

Təlimdə 25 NATO və tərəfdaş ölkədən 220-yə qədər hərbi təyyarə iştirak edəcək.

ABŞ-ın Almaniyadakı səfiri Emi Qatmann təlimlə bağlı təfərrüatları açıqlayaraq, təlimin sırf müdafiə xarakteri daşıdığını, eyni zamanda Rusiya da daxil olmaqla bəzi ölkələrə mesaj vermə məqsədi güddüyünü bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   ABŞ   NATO   Təlim  


Bizi "telegram"da izləyin