İsveç və ABŞ Filippinə təyyarə satmaq üçün rəqabət aparır

2023/06/Gripe-3372583778.jpg
Oxunub: 263     16:57     09 İyun 2023    
Filippin müdafiə naziri vəzifəsini icra edən Karlito Qalvez Jr. və İsveçin müdafiə naziri Pal Conson İsveç müdafiə şirkətlərinə Filippin Silahlı Qüvvələrinin müxtəlif modernləşdirmə proqramlarında iştirak etməyə imkan verəcək müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu (MoU) imzalayıblar.

Ordu.az xəbər verir ki, memorandum Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) yönəlib.

Filippin HHQ bir müddətdir ki, çoxməqsədli döyüş təyyarələrinin alınması üçün tenderlər keçirir. F-16 və JAS-39 “Gripen” tenderin sonuna qalıb. Tenderdə iştirak edən Pakistanın JF-17 və Hindistanın “Tejas” döyüş təyyarələri siyahıdan çıxarılıb.

F-16 “Block 70” təyyarələri ABŞ tərəfindən Filippinə təklif edilib. Lakin Filippin tərəfi 2,4 milyard dollarlıq təklifi çox baha olduğunu əsas gətirərək rədd edib. Büdcəyə uyğun olması məqsədilə Filippin HHQ üçün modernləşdirilmiş ikinci əl döyüş təyyarələrinin alınması planlaşdırılır.

İsveç təklifinə yeni nəsil avionika ilə modernləşdirilmiş JAS-39C/D təyyarələri daxildir. Qeyri-rəsmi mənbələrə görə, təyyarələr “C+” adlanır. Təyyarələrin ikinci əl və ya yeni istehsal ola biləcəyi təxmin edilir. “Saab” tərəfindən hazırlanmış AESA radarının da təyyarəyə quraşdırılacağı düşünülür.

ABŞ tərəfindən edilməsi gözlənilən yeni təklifin F-16 “Block 70” avionikası ilə yenilənmiş F-16 “Block 50/52” təyyarələri ola biləcəyi təxmin edilir. Filippin HHQ rəsmilərinin sözləri bunu təsdiqləyir.

“Gripen”i F-16-dan üstün edən onun Filippin HHQ-nin inventarındakı FA-50 döyüş təyyarələri ilə eyni F-404 mühərrikindən istifadə etməsidir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   ABŞ   Filippin  


Bizi "telegram"da izləyin