TSKGV-nin Qəyyumlar Şurasında yeni təyinatlar olub

2023/06/TSKGV-1686291774.jpg
Oxunub: 6006     16:00     09 İyun 2023    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdafiə və təhlükəsizlik sektoru ilə bağlı yeni təyinatlarından sonra Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin (TSKGV) Qəyyumlar Şurasında da yeni təyinatlar olub.

Ordu.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi Musa Avsever və Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün TSKGV-nin Qəyyumlar Şurasının üzvləri təyin ediliblər.

Əvvəllər bu vəzifədə Fuat Oktay, Hulusi Akar, Yaşar Gülər və İsmayıl Dəmir çıxış edirdi. Digər tərəfdən, yaxın vaxtlarda TSKGV-nin İdarə Heyətinin iclasının keçiriləcəyi və burada da yeni təyinatların olacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TSKGV  


Bizi "telegram"da izləyin