“Yörük” Türkiyə Prezident Aparatını Qoruma Departamentinin inventarına daxil olub

2023/05/15853-1685514395.jpg
Oxunub: 790     16:45     31 May 2023    
“Nurol Makina” tərəfindən istehsal edilən “Yörük” taktiki təkərli zirehli vasitəsi Türkiyədə əhəmiyyətli bir uğura imza atıb.

Ordu.az xəbər verir ki, Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyinin Prezident Aparatını Qoruma Departamentinin inventarına daxil olan “Yörük” aşağı çəkisi və yüksək qoruma xüsusiyyətləri ilə təhlükəsizlik qüvvələrinə ən çətin və asimmetrik təhdidlər qarşısında əməliyyat üstünlüyü və yüksək çeviklik təmin edəcək.

Türkiyə Respublikası Prezidentinin təhlükəsizliyinin təmin edilməsindən məsul struktur olan Təhlükəsizlik Ümumi Müdirliyinin Prezident Aparatını Qoruma Departamentində müxtəlif missiyaların yerinə yetirilməsi üçün müxtəlif növ vasitələrdən istifadə edilir.

Bu strukturun inventarında “Nurol Makina Ejder Yalçın” və “Otokar Cobra” kimi müxtəlif zirehli maşın modelləri var. “Nurol Makina” uzun illərdir ki, Afrika bazarına mühüm ixrac fəaliyyətləri həyata keçirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yörük   Türkiyə  


Bizi "telegram"da izləyin