Türkiyə XİN: Kosovonun şimalında baş verən hadisələri narahatlıqla izləyirik

2023/04/642d2-1680680295.jpg
Oxunub: 386     21:30     29 May 2023    
Kosovonun şimalında baş verən hadisələri narahatlıqla izləyirik. Bu hadisələr regional təhlükəsizliyə və sabitliyə ziyan vurur.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Türkiyə bütün tərəfləri zorakılıqdan çəkinməyə və gərginliyi artıracaq addımlar atmamağa çağırır:

“Gərginliyi azaltmağın və regionda davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolu davam edən dialoq prosesində irəliləyişə nail olmaqdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN  


Bizi "telegram"da izləyin