İspaniyanın Baş naziri parlamenti buraxıb

2023/05/pedro-1685379421.jpg
Oxunub: 345     20:48     29 May 2023    
İspaniyanın Baş naziri Pedro Sançes bazar ertəsi parlamentin buraxılması və iyulun 23-nə növbədənkənar seçkilərin təyin edilməsi barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, P.Sançes qərarını Kral VI Filippə bildirib.

Baş nazir qərarını mayın 28-də keçirilən rayon və bələdiyyə seçkilərinin nəticələri ilə izah edib.

12 muxtar icmanın əksəriyyətində səsvermədən sonra Sançesin başçılıq etdiyi İspaniya Sosialist İşçi Partiyasının ənənəvi rəqibi olan mühafizəkar Xalq Partiyası qalib gəlib.

Ölkədə qarşıdan gələn seçkilər 2023-cü ilin sonuna təyin edilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Parlament  


Bizi "telegram"da izləyin