Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi: "4 gün Bakıda olacağam və müxtəlif görüşlər keçirəcəyəm"

2023/05/baron-1685372054.jpg
Oxunub: 4732     18:37     29 May 2023    
"Azərbaycana səfərimdən, Bakıda olmağımdan məmnunam. Artıq son səfərimdən bir ilə yaxın müddət keçib".

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib.

“Bu gün səhər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu, çox maraqlı müzakirəmiz oldu. Müzakirələrimiz səmərəli keçdi. 4 gün Bakıda olacağam və müxtəlif görüşlər keçirəcəyəm. Bakı Enerji həftəsinə qatılacağam” - deyə o, qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin