Böyük Britaniyada 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

2023/05/64747-3370711134.jpg
Oxunub: 7239     13:46     29 May 2023    
Böyük Britaniyanın Belfast şəhərində 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Ordu.az-ın xəbərinə görə, Queen's University Belfast tələbələri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Azərbaycan dünəndən bu günə" adlı tədbir təşkil olunub. Tədbirdə müxtəlif ölkələrin tələbələri iştirak edərək Azərbaycanın tarixi və bu günü haqqında geniş məlumat əldə ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Daha sonra ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov video müraciətlə çıxış edərək Azərbaycanın Dövlətçilik tarixi, eyni zamanda Müstəqillik gününün tarixi ilə bağlı məlumat verib. Səfir, Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu deyib.

Tədbirin sonunda iştirakçı tələbələr Azərbaycan xalqının qədim tarixi və mədəni irsə sahib olduqları haqqında müsbət fikirlərini bölüşüblər.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin