Xankəndidə güclü partlayış baş verib - FOTO

2020/12/1b702-1606980993.jpg
Oxunub: 3298     11:29     29 May 2023    
Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində güclü partlayış baş verib.

Ordu.az xəbər verir ki, separatçılara məxsus sosial media seqmentlərində yayılan məlumata görə, şəhərdə bir qarajda partlayış baş verməsi nəticəsində bir nəfər həlak olub. Xilasedicilər G-nin meyitini çökmüş binanın dağıntıları altından tapıb çıxarıblar.

Partlayış nəticəsində qarajın içərisində və yaxınlıqda olan “VAZ 21-06” və “Opel Astra G” markalı avtomobillərə də ziyan dəyib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xankəndi   Partlayış  


Bizi "telegram"da izləyin