"Hızır Reis" sualtı qayığı dənizə endirilib

2023/05/hizir-1685337595.jpg
Oxunub: 7648     14:18     29 May 2023    
Türkiyənin yeni tip sualtı qayıq layihəsinin ikinci gəmisi olan "Hızır Reis" mayın 25-də Gölcük Gəmiqayırma Zavodunda dənizə endirilib.

Ordu.az xəbər verir ki, öz sinfinin ilk gəmisi olan "Piri Reis" sualtı qayığının sınaq prosesi davam edir.

Layihə çərçivəsində istehsalı planlaşdırılan digər sualtı qayıqlar üçün də proqram davam edir.

Seriyanın 6-cı sualtı qayığı olan "Selman Reis" sualtı qayığının ilk qaynaq mərasimi 2022-ci ilin may ayında keçirilib.

Beynəlxalq ədəbiyyatda "Type-214TN" ("Turkish Navy") kimi qeyd edilən sualtı qayıqlara ilk dəfə "Cerbe" sinfi adı verilib. Təftiş prosesindən sonra bugünkü adı olan "Reis" sinifi olaraq adlandırılmağa başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hızır-Reis  


Bizi "telegram"da izləyin