Ordu.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.
O qeyd edib ki, xaricdən alınan F-16 "Blok 70"dən milli sursatlar atıla bilməz.
"Ancaq "Özgür" layihəsi çərçivəsində modernləşdirilən F-16 "Blok 30", "Blok 40" və "Blok 50"lərdən atıla bilər. F-16 "Blok 40" və "Blok 50"lərə "Özgür" Modernizasiyasını tətbiq etmək üçün rəsmi qərar qəbul etdik. ASELSAN tərəfindən hazırlanan AESA Radarı "Özgür" F-16-lara inteqrasiya edildikdə, biz "hava-hava" raketlərimizlə yüzlərlə kilometrdən hədəfləri təsbit edə və onları çox uzaq məsafədən vura biləcəyik”, - deyə Dəmir bildirib.
Sevinc Əliyeva
Ordu.az