Şimali Koreya kəşfiyyat peykinin buraxılış ilə bağlı Yaponiyanı xəbərdar edib - YENİLƏNİB

2023/05/1685334373.jpg
Oxunub: 5845     08:35     29 May 2023    
Yaponiya hökuməti Şimali Koreya hakimiyyətini ballistik raketlə kəşfiyyat peyki buraxmaqdan çəkinməyə çağırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Matsunonun sözlərinə görə, Tokio Pxenyanı peykin buraxılmasını dayandırmağa çağırır. Yaponiya hökuməti hesab edir ki, raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və Yaponiyanın təhlükəsizliyinə qarşı “böyük təxribat” olacaq.

***

Şimali Koreya Yaponiyanı mayın 31-dən iyunun 11-dək kosmosa peyk buraxmaq planı barədə xəbərdarlıq edib.

Bu barədə Ordu.az “Reuters”ə istinadən xəbər verir.

Qeyd olunub ki, rəsmi Pxenyan öz peykini orbitə çıxarmağa hazırlaşır. Yaponiya hökuməti raketin buraxılışı ilə bağlı məlumat toplamaq və təhlil etmək üçün əlindən gələni edəcəyini bildirib.

“Biz Şimali Koreyanı ABŞ və Cənubi Koreya kimi müvafiq ölkələrlə əməkdaşlıq edərkən raket atmaqdan çəkinməyə çağırırıq”, - Yaponiya baş nazirinin ofisi bildirib.

ABŞ-ın analitik mərkəzi mayın 26-da bildirib ki, kommersiya peyk görüntüləri Şimali Koreyanın Sohye peyk buraxılış stansiyasının şərqində sahilyanı buraxılış sahəsinin tikintisinin sürətlə davam etdiyini göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Yaponiya  


Bizi "telegram"da izləyin