Ordu.az xəbər verir ki, layihə çərçivəsində FNSS tərəfindən hazırlanmış 23 personal daşıyıcısı, 2 komanda-nəzarət maşını və 2 xilasetmə maşını olmaqla cəmi 27 vasitə təhvil veriləcək.
FNSS tərəfindən hazırlanan “Çaka” Uzaqdan İdarə Edilən Silah Sistemi 40 mm qumbaraatan və 12,7 mm pulemyotla zirehli mühafizə altında ZAHA personalına atəş gücü təmin etdiyi üçün desant əməliyyatlarında amfibiya qoşunları üçün əhəmiyyətli bir güc multiplikatoru olacaq.
ZAHA dənizdə maksimum 7 düyün və quruda 70 km/saat sürətlə hərəkət edə bilir. Hücum vasitəsi 12,7 mm-lik pulemyot və 40 mm avtomatik qumbaraatanla təchiz olunub.
Sevinc Əliyeva
Ordu.az