İsrail texnoloji yeniliklərlə heyrətləndirməyə davam edir| Əldən atılan “Point Blank” “Ulduz müharibələri”ni xatırladır?
Oxunub: 1072
15:20
27 May 2023
Xəbər verdiyimiz kimi, ABŞ Müdafiə Nazirliyi və İsrailin IAI şirkəti yeni hibrid elektro-optik idarə olunan sursatın hazırlanması və çatdırılması üçün milyonlarla dollarlıq müqavilə imzalayıb.
IAI tərəfindən hazırlanmış “Point Blank” adlı raket əsgərin bel çantasında daşına biləcək və elektro-optik idarəetməli olacaq. Ağıllı sursat əllə atılır, tək adam tərəfindən istifadə olunur, əsgərin əlindən qalxa və yenə əsgərin əlinə şaquli vəziyyətdə enə bilir.
IAI, əsas podratçı olaraq, müsabiqə əsasında ABŞ Müdafiə Nazirliyinin (US Department of Defense – DoD) Qeyri-müntəzəm Müharibə Texniki Dəstəyi Müdirliyi (Irregular Warfare Technical Support Directorate – IWTSD) tərəfindən kiçik taktiki komandaların üzvi dəqiqlik zərbələrinin ölümcüllüyünü və sağ qalma qabiliyyətini artırmaq məqsədi ilə “Point Blank” sisteminin ABŞ Müdafiə Nazirliyinin xüsusi tələblərinə cavab verən ROC-X versiyasını sürətlə inkişaf etdirmək və tədarük etməkdən ötrü çox milyon dollarlıq müqaviləyə imza atıb.
IAI ilk prototipləri və təlim xidmətini 2023-cü ildə Pentaqona təqdim edəcək. “Point Blank”ın çəkisi təxminən 6,8 kq və uzunluğu təxminən 91 sm-dir.
Sursat 1500 futdan yuxarı hündürlükdə, 186 km/saat maksimum sürətlə uça və hücumdan əvvəl hədəfin dəqiq mövqeyi təyin edilərkən havada qala və ya hərəkətdə ola biləcək. Sursatda faydalı yük kimi elektro-optik axtarış başlığı və döyüş başlığı olacaq.
“Point Blank”, həm reaktiv mühərrik, həm də kvadrokopter kimi pərvanələrlə təchiz edilmiş hibrid aparatdır. Zahirən “Point Blank” bir qədər “Ulduz müharibələri”ndəki X-Wing qırıcısını xatırladır. Raketin əsas gövdəsindən uclarında rotor olan 4 qanad ayrılır. Sonuncular aparatın havada süzməsinə imkan verir. Sursatın faydalı yükü 2 kq, mənzili 10 km-dir. O, 20 dəqiqəyə qədər havada qala bilir.
“Point Blank” sursatının hazırlanması ideyasının xüsusilə Ukrayna-Rusiya müharibəsindən sonra yetişdiyi düşünülür. Hazırda ABŞ ordusu Ukraynaya müxtəlif çəkidə və imkanlarda “gəzən sursatlar” göndərir.
“Point Blank” adlanan raketin bu “gəzən sursatlar”dan əsas fərqi onun 1 nəfər səviyyəsində əldə atıla bilməsidir. Beləliklə, hətta ən kiçik “gəzən sursatlar”ın atılması üçün lazım olan buraxılış qurğusundan istifadəyə qənaət etmək hədəflənir.